Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:52

ABŞ-ın yük təyyarəsi qəzaya uğrayıb


ABŞ-ın poçt bağlamaları daşıyan yük təyyarəsi sentyabrın 3-də Dubayda qəzaya düşüb.

UPS qlobal bağlamalar daşınması ilə məşğul olan şirkət qəza xəbərini təsdiqləyib, amma əlavə edib hələlik hadisə barədə əlavə məlumatlar toplayırlar.

Birləşmiş Ərəb Ərmirliyi də təyyarənin boş bir sahəyə düşdüyünü bildirib, amma tələfat haqqında hələlik məlumat yoxdur.

Amma “Əl-Ərəbiyyə” və “Əl-Cəzirə” telekanalları təyyarə heyətinin həlak olduğunu xəbər verib.

İndilik qəzanın səbəbi haqqında bir şey məlum deyil.
XS
SM
MD
LG