Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:57

Astarada dindarlar yürüş keçirib


Bir qurup dindar Astara rayonun Ərçivan kəndinin Məhəmməd Hənəfiyə məscidindən Gəzəndaş deyilən türbəyə yürüş keçirdiblər. Türbə və məscid Bakı-Astara yolun üstündədir, aralarında 3 kilometr məsafə var. Bakı-Astara yolu ilə hərəkət edən dindarlar İsrail əleyhinə şüarlar səsləndiriblər.

Gəzəndaş türbəsinə çatan dindarlar burada bəyanətlərini oxuyublar. Hadisə yerinə gələn rayon polis işçiləri dindarları türbədən uzaqlaşdırıblar. Dindarlardan bir nəfəri saxlanılıb.

Rayon polis şöbəsindən aldığımız məlumata görə saxlanılan şəxs sərbəst buraxılıb.
XS
SM
MD
LG