Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:03

«Azərbaycanda yeni iş qurmaq olduqca çətindir».


Tom Palmer
Tom Palmer
«Azərbaycanda yeni iş qurmaq olduqca çətindir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Cato İnstitutunun direktoru Tom Palmer deyib. O, hətta Azərbaycanı başqa ölkə ilə müqayisə edib:

«Burda Azərbaycanda yeni işə başlamaq, biznes açmaq hələ də çətindir. Mən sizə qonşu ölkədən misal gətirmək istəyirəm. 2003-cü ildəki Gürcüstana nəzər salsaq, biz görərik ki, doğrudan da çox uğursuz bir ölkə idi. Gürcüstanın iqtisadiyyatı çökmək üzrə idi. Və insanlar ironik şəkildə Gürcüstanı «Avropanın yeganə Afrika dövləti» adlandırırdılar. 2004-cü ildən başlayaraq yeni hökumət Gürcüstanda ciddi islahatlara başladı.

Misal olaraq deyim ki, iqtisadi inkişaf naziri Kaxa Benduqidze bir dəfə belə bir sual verdi ki, Gürcüstanda yeni iş açmaq üçün neçə yerdən lisenziya almaq lazımdır. Aşkar oldu ki, 909 cür müxtəlif lisenziya tələb olunurmuş. Nazirlik görüş keçirdi və bir-bir həmin o lisenziyaları nəzərdən keçirdilər. Mənasız lisenziyaları silməyə başladılar. 909-dan 159-a endirdilər lisenziyaların sayını. Sonra isə 137-ə qədər düşdü.

Onların çoxu inşaatla bağlı olan icazələrdir. Onlar çox innovativ bir şey həyata keçirdilər bundan sonra. Bunun adı səssiz razılıq formulasıdır. Yəni siz hansısa bir icazə üçün müraciət edirsinizsə, dövlət qurumuna 20 gün vaxt verilir. O 20 gün ərzində dövlət qurumu «hə» və ya «yox» demirsə cavab «hə»dir. Bununla da sübut yükü vətəndaşın üzərindən hökumətin üzərinə yönəldi».

Tom Palmer normal cəmiyyət qurmağın sirrlərini də bölüşüb. O deyib ki, bunun üçün hər kəs vətənpərvər olmalıdır. Vətənpərvər olmaqsa çox şey tələb edir:

«Əsas prinsip ondan ibarət olmalıdır ki, dürüst və mənəvi bir davranış qaydaları qoymaq və bunu insanlardan tələb etmək lazımdır. O insanlar ki, sadəcə gözləyirlər onların başına bu korrupsiya problemləri gələcək.

Onlar soyğuna uğrayacaqlar və ədalətsizliklə üzləşəcəklər. Onlar fərqli bir şey tələb etmirlər. Bu insanlar təbii ki, korrupsiya alacaqlar və ədalətsizlik görəcəklər. Əsl patriot olmaq, vətənsevər olmaq təbii ki, cəsarətli olmağı tələb edir. Gənc insanlar üçün də belə bir məsləhət verərdim ki, daha çox səyahət etsinlər, daha çox dünyanı gəzsinlər. Dünyanın təcrübəsini öyrənsinlər.

Uğurlu və uğursuz halları görsünlər və ondan sonra geri qayıdıb yüksək tələblər, standartlar qoysunlar. Dürüst və düzgün hökumət, mənəvi hakimiyyət tələb etsinlər. Əgər bu olmasa, bunu tələb etməsəniz həmişə onun əksini alacaqsınız. Bunu edənlər əsl vətənsevərlərdir».

XS
SM
MD
LG