Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:51

«Azərbaycan son vaxtlar Rusiyapərəst bəyənatlar verir»


Mübariz Əhmədoğlu
Mübariz Əhmədoğlu
«Rusiya hərbi bazası Ermənistanda yerləşdiyinə görə ona önəm verir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq bunu hərbi siyasətin davam etməsi kimi qiymətləndirib:

RUSİYADA İCTİMAİ ŞÜUR HƏRBİ ŞÜURDUR

«Rusiyada ictimai şüur hərbi şüurdur. Mən Ermənistan və Azərbaycanı müqayisə edirəm. Ermənistanda rusun dilinə, rusun mədəniyyətinə, rusun iqtisadiyyatına hədsiz dərəcədə biabırçı bir münasibət var. Azərbaycanda rus dilinə də, rus mədəniyyətinə də böyük önəm var. Amma Ermənistanda Rusiyanın hərbi bazası var. Ona görə ruslar Ermənistana daha çox üstünlük verir».

Politoloq Rusiya prezidenti Dmitri Medvedevin Bakı səfərini də müsbət qiymətləndirib.

«Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov isə deyib ki, Rusiya öz siyasətini başqa istiqamətdə davam etdirir:

ƏNƏNƏVİ SİYASƏTİN DAVAMINI GÖRÜRÜK

«Biz başqa istiqamətdə ənənəvi siyasətin davamını görürük. Həm Gürcüstanla müharibəni, həm də Ermənistanı silahlandırmağı nəzərə alsaq belədir. Rusiya deyir ki, biz Cənubi Qafqazda sülhün və sabitliyin tərəfdarıyıq. Cənubi Qafqazda 3 ölkə var. Azərbaycan, Gürcüstan, Ermənistan. Gürcüstanın torpaqlarının bir hissəsi artıq Rusiya tərəfindən işğal olunub. Rusiya ilə faktiki olaraq müharibə şəraitindədir. Ermənistan həm Azərbaycan torpaqlarını işğal edib, həm Türkiyəyə ərazi iddiaları var, həm də Gürcüstana. Məhz bu ölkəni Rusiya hərbi cəhətdən gücləndirir, dəstəkləyir və ona qeyri- rəsmi də silahlar verir, rəsmi də müqavilələr imzalayır».

Azər Rəşidoğlu
«Ayna–Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlu isə deyib ki, Azərbaycan son vaxtlar Rusiyapərəst bəyənatlar verir:

GÜRCÜSTAN KİMİ AÇIQ ŞƏKİLDƏ BƏYAN ETMƏLİYDİK

«Biz Gürcüstan kimi açıq şəkildə bəyan etməliydik ki, Azərbaycanın inkişafı və gələcəyi məhz Avroatlantik məkana inteqrasiya ilə, Qərb strukturları, NATO ilə sıx əməkdaşlıqla bağlıdır. Biz nəinki bu bəyənatları vermişik, əksinə daha çox Rusiyapərəst bəyənatlar veririk. Azərbaycan siyasətində Rusiya çox vacib amil rolunu alıb».

Şərhçi Rusiyanın işğalçılıq siyasəti dəyişmədiyinə görə bu əməkdaşlığı yolverilməz hesab edir.

XS
SM
MD
LG