Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:29

Emənistan Rusiyanın əlaltısıdır yoxsa tərəfdaşı?


Gümrüdəki Rusiya hərbi bazası

Gümrüdəki Rusiya hərbi bazası

«Gürcüstanla qısa müharibədən iki il sonra Moskva Ermənistanla müdafiə sazişi bağlamaqla və hərbi bazasının icarə vaxtını uzatmaqla Cənubi Qafqazda gücünü və nüfuzunu möhkəmlətdi».

Bunu Yerevandakı Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Riçard Qiraqosyan AzadlıqRadiosu üçün şərhində deyir:

«Ermənistan kimi kiçik ölkələr belə təcrübəyə tez-tez əl atırlar. Bu, başa düşüləndir, Ermənistanın 4 sərhəddindən ikisi bağlıdır.

Daha geniş mənada bu sazişlə Ermənistan Rusiyaya daha da yaxınlaşır. Bir az da geniş götürüləndə Ermənistanın Rusiya ilə strateji tərəfdaşlığı Ermənistanın Rusiyadan təhlükəli asılılığına çevrilir. Son illər Rusiyanın Ermənistan üzərində dominantlığı onsuz da artıb. Moskva Ermənistan iqtisadiyyatının enerjidən tutmuş nəqliyyata qədər bir çox strateji sahələrini ələ keçirib.

Ermənistanın Rusiya ilə son sazişi isə Ermənistanda kəskin tənqidlər doğurub. Bu saziş Rusiyanın regiondakı hərbi bazasının icarə vaxtını 2044-cü ilə kimi uzatdı».

NARAZILIĞIN BİRİNCİ SƏBƏBİ PULDUR

Riçard Qiraqosyan deyir ki, ilkin saziş 1995-ci ildə imzalanmışdı və Rusiyaya Gümrüdə baza yaratmaq hüququ verirdi:

Riçard Qiraqosyan
«Bu, Türkiyənin hücumundan qorunmaq kimi köhnə sovet doktrinasına əsaslanırdı və müqavilənin vaxtı 2020-ci ildə bitirdi.

Bu baza Cənubi Qafqazda Moskvanın ayağına yer eləyir və öz gücünü yaymağa platforma verir.

Rusiyanın bu maraqlarının ödənməsi isə yalnız o halda baş verə bilərdi ki, Ermənistan özünü təhlükəsiz hiss etməyəydi.

Ermənistanın bu baza əhvalatı ümumiyyətlə dünyada unikaldır. Ermənistan bazaya görə Rusiyadan nəinki pul ala bilmir, hətta əməliyyat xərclərini də Ermənistanın özü ödəməlidir. Misal üçün Qırğızıstan öz bazasına görə xeyli pul alır. Ona görə Ermənistanda narazıdırlar ki, pul məsələsində Ermənistan uduzdu».

ERMƏNİSTAN SAZİŞDƏN HƏRBİ CƏHƏTDƏN NƏSƏ UDURMU?

Riçard Qiraqosyan deyir ki, Ermənistanın Rusiya bazası haqda yeni müqavilədən hər hansı bir hərbi qazancının olması qaranlıqdır:

«Sazişdə Ermənistanın təhlükəsizliyindən, müasir silah verilməsindən danışılsa da, Rusiyanın xarici işlər naziri Lavrov bildirdi ki, Rusiya bazasının mandatı və missiyası reallıqda dəyişməyib.

Ermənistan öz milli təhlükəsizliyini tədricən Rusiyanın girovuna çevirir.

Ermənistan rəsmiləri yeni sazişi Qarabağ müharibəsi olsa, Rusiyanın Ermənistanın köməyinə gələcəyi kimi yozsalar da, saziş yalnız Ermənistanın təhlükəsizliyinə daha çox vəd verir».

ERMƏNİSTANIN DÖVLƏTÇİLİYİNƏ TƏHLÜKƏ?

«Ermənistanda düşünürlər ki, bu saziş Ermənistanın öz müstəqilliyini və suverenliyini Rusiyaya qurban verməsinin davamıdır»
Riçard Qiraqosyan deyir ki, uzun dövrü götürəndə sazişin Ermənistanın dövlətçiliyinə mənfi təsir göstərəcəyindən qorxurlar:

«Ermənistanda düşünürlər ki, bu saziş Ermənistanın öz müstəqilliyini və suverenliyini Rusiyaya qurban verməsinin davamıdır. Ermənistandakı 2 min Rusiya əsgəri bundan sonra bu ölkədə daha böyük rol oynayacaq. Ermənistan müstəqillik qazanandan onun Türkiyə ilə sərhəddi faktiki olaraq Rusiyanın Türkiyə ilə sərhəddinə çevrilib.

Bu razılaşma ilə Rusiya Ermənistanın Gürcüstan və İranla sərhəddini də qorumağa girişə bilər.

Bu, sovet dövrünü xatırladır, ancaq bütün bu verilənlər hər bir müstəqil dövlətin atributlarıdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG