Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:29

ABU tələbələri özəl ali məktəblərə köçürüləcək


Azərbaycan Beynəlxalq Universitetinin (ABU) lisenziya müddəti uzadılmadığı üçün artıq bu məktəbin Moskva filialının fəaliyyətinə də xitam verilib. Bu barədə APA-ya Təhsil Nazirliyinin (TN) İcra Aparatından məlumat verilib.

Aparatdan bildirilib ki, hazırda TN-də ABU tələbələrinin sənədlərinin təhvil-təslimi üçün müvafiq komissiya yaradılır. Sentyabrın 6-dan isə ABU-nun tələbələrinin özəl ali məktəblərə köçürülməsi prosesinə başlanacaq.

Nazirlikdən verilən məlumata görə, ABU Azərbaycandakı özəl ali məktəblər arasında ən aşağı təhsil haqqı olan təhsil müəssisəsi olub. Bunu nəzərə alan TN hazırda ABU tələbələrinin aşağı təhsil haqqı ilə digər özəl ali məktəblərdə təhsil alması üçün araşdırmalar aparır və müvafiq təhsil müəssisələrini müəyyənləşdirir.
XS
SM
MD
LG