Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:32

Bakının yeni planı hazırlanır


Yaxın vaxtlarda Bakıda bir sıra ərazilər yenidən qurulacaq. Bu məqsədlə sxematik və konseptual planlar hazırlanır.

Birinci sənədi "McBains Cooper" şirkətinin əməkdaşı, Britaniya memarı Zəki Qiyasinin rəhbərliyi ilə gənc Azərbaycan memarları hazırlayacaq. Layihə Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçiriləcək və bu ilin sonuna kimi baxılmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim ediləcək. Bu və ya digər ərazinin abadlaşdırılması üçün minimum 3 sxematik plan variantına baxılacaq.

İlk olaraq N.Nərimanov və "Azərbaycan" prospektləri, Bakıxanov və Nizami küçələri seçilib.

"Ərazilərin bərpasının sxematik və konseptual planları tarixi memarlıq iqliminin maksimum qorunması, insan amilinə diqqət və yerin ekoloji və biznes qiymətləndirilməsi nəzərə alınmaqla hazırlanacaq", deyə Qiyasi bildirib.

DŞAK-da Turan-a dedilər ki, ərazilər abadlaşdırılarkən ictimai rəy, o cümlədən orada yaşayanların fikri nəzərə alınacaq.

2008-ci ildən Bakının mərkəzi hissəsində milli arxitektura elementlərindən istifadə ilə yaşayış evlərinin fasadı bərpa olunur.
XS
SM
MD
LG