Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:50

Azərbaycanda nə qədər savadsız var?


UNESCO-nun sentyabrın 8-i - Savadsızlıqla Beynəlxalq Mübarizə Günü ərəfəsi çıxan yeni hesabatına görə, Azərbaycanda savadsızlıq Ermənistan və ya Rusiya Federasiyası səviyyəsindədir.

Azərbaycanın digər qonşusu İranda hər 1000 nəfərə 17 savadsız düşür.

Hesabata görə region ölkələri arasında savadlılıq Gürcüstanda rekord dərəcədə yüksəkdir. Burda savadsızlıq sıfır səviyyəsindədir.

SAVAD VƏ ÖLKƏNİN İNKİŞAFI

UNESCO savadsızlığın səviyyəsini hansı qayda ilə müəyyən edib?

Azərbaycanda savadsızlığın səviyyəsi ölkə üzrə sorğu və insan inkişafı indeksi ilə müəyyən olunub.

Sonuncu o deməkdir ki, beynəlxalq təcrübəyə görə, Azərbaycan sakininin indiki inkişaf səviyyəsi 15 yaşdan yuxarı əhalidə savadsızların təxminən 0,5 faiz olmasını deməyə əsas verir.

Həmin insan inkişafı indeksinə görə, Azərbaycan dünyada 86-cı yerdədir.

UNESCO-nun hesabatına görə, dünyada 759 milyon bisavad var. Onların 66 faizi qadınlardır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG