Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:42

«Bircə bu birləşmədə İsa Qəmbər təmsil olunmasın»


Əvəz Temirxan
Əvəz Temirxan
«Bu blokun yaranması Azərbaycanda bir zərurətdir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «İnsan naminə» seçki blokunun həmtəsisçilərindən biri – Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan deyib. O bildirib ki, bu blokda yer alan Vətəndaş və İnkişaf və Yaşıllar partiyaları, Ziyalılar Birliyi hakimiyyət naminə hakimiyyət deyil, insan naminə hakimiyyət istəyir:

«BİR MÜXALİFƏTÇİNİN ƏLİ Kİ, İQTİDARIN CİBİNDƏDİR…»


«Bu blokun yaranması Azərbaycanda bir zərurətdir. Çünki Azərbaycanda hakimiyyətə münasibətdə iki cinah var: biri hakimiyyət naminə hakimiyyət, yəni hakimiyyət uğrunda mübarizə aparan insanların öz şəxsi maraqları naminə hakimiyyətə can atması. Bir də var xalq naminə, cəmiyyət naminə, millət naminə və bunların hamısının başlanğıc forması kimi insan naminə hakimiyyət uğrunda mübarizə. Bizim seçki blokunda yerləşən partiyalar və Ziyalılar Birliyi Azərbaycan xalqı naminə və hər bir Azərbaycan vətəndaşı naminə mübarizə aparan bir blokdur».

Əvəz Temirxan müxalifətdə olan qüvvələr arasında bəzi anlaşılmaz məqamların olduğunu bildirib:

«Bir müxalifətçinin əli ki, iqtidarın cibindədir onlarla birlik mümkün deyil. Mənim bu gündə opponent olduğum müxalifət qüvvələri arasında elə insanlar var ki, doğrudan da mən onları Azərbaycan xalqının intellektual, mədəni, siyasi qızıl fondu hesab edirəm. Bütün siyasi qüvvələrdə elə insanlar var. Amma təəssüf ki, rəhbərliyin siyasi kursu ilə həmin adamların istəyi daban-dabana ziddir. Azərbaycan xalqının maraqları daban-dabana ziddir. Mən o partiyanın adını çəkmək istəmirəm».

«İSA QƏMBƏR XARİC OLMAQLA»

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə deyib ki, müxalifətin birləşməsinə maneçilik törədən qüvvələr həmişə olub, indi də var:

Əli Əliyev
«Mən müxalifətin bu seçkidə uğur qazanmaq istədiyi kəsimin bir yerdə olmasını, əməkdaşlıq etməsini arzulayıram. Və bu o demək deyil ki, mən Azərbaycan siyasətinin reallıqlarından məlumatsızam. Mən sadəcə olaraq öz pozitiv mövqeyimizi cəmiyyətə çatdırıram və bildirirəm ki, Azərbaycan müxalifətinin içərisində mümkün olan məsələlər haqqında razılaşmanın əldə olunmasını vacib sayan qüvvələr var. Biz də həmin qüvvələrdənik. Biz hesab edirik ki, Azərbaycan seçicisi bu günki hakimiyyətin dəyişməsində maraqlıdır. Ən azı parlament səviyyəsində hakimiyyətin imkanlarının məhdudlaşdırılması arzusundadır. Və bu arzunun həyata keçməsi üçün müxalifət əməkdaşlıq etməyə, birləşməyə məhkumdur».

Əli Əliyev deyib ki, müxalifət birləşərsə, bütün dairələrdə namizədləri razılaşdırmaq mümkündür. Amma bu birləşmədə İsa Qəmbər təmsil olunmasın:

«Namizədlərin razılaşdırılması məsələləri hamımızın marağı daxilində olan məsələdir. Bu məsələlər haqqında danışmaq mümkündür. O potensial var. İsa Qəmbər xaric olmaqla».

BURADAN DİNLƏYİN:



XS
SM
MD
LG