Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:38

Azərbaycan və Rusiya arasında bir sıra sənəd imzalanıb


Azərbaycanla Rusiya arasında dövlət sərhədi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanıb.

Əldə edilən razılaşmaya görə, Azərbaycanın «Qazprom»a satdığı qazın həcmi 1 milyard kubmetrə artırılıb. Növbəti ildə isə qazın həcmi iki dəfə artıq olacaq.
Tərəflər həmçinin Samur transsərhəd çayının rasional istifadəsi və mühafizəsi haqqında saziş də imzalayıblar.

Sənədlər Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri zamanı imzalanıb.

Medvedev və Əliyev arasında danışıqlarda Qarabağ münaqişəsinin sülh you ilə tənzimlənməsi və digər beynəlxalq məsələlər də müzakirə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG