Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:00

Həmsədrlər sentyabrın 6-da Azərbaycana gələcək


ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana sentyabrın 6-da gələcəklər.

Bu barədə «APA»ya fransalı həmsədr Bernar Fasie məlumat verib: «Yekun iş planımız hələ hazır deyil. Yalnız onu deyə bilərəm ki, Bakıya bazar ertəsi gələcək, sentyabrın 7-də isə rəsmi şəxslərlə görüşlər keçirəcəyik».

Həmsədrlər regiona səfər çərçivəsində Yerevan və Xankəndiyə də getməyi planlaşdırırlar.

Səfərin məqsədi ATƏT-in Minsk Qrupunun fakt-araşdırıcı missiyasının işğal altında olan Azərbaycan torpaqlarına səfərinin təşkilinə dair detalları razılaşdırmaqdır.

Ermənistan Xarici İşlər Nazirliyi isə həmsədrlərin sentyabrın 8-də Xankəndinə, 9-da isə Yerevana səfər edəcəyi barədə məlumat yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG