Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:26

Əliyevlə Medvedevin təkbətək görüşü başlayıb


Bakıda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedevlə Azərbaycan prezidenti İlham Əliyevin təkbətək görüşü başlayıb.

«İTAR-TASS» xəbər verir ki, danışıqları açıq elan edən prezident İlham Əliyev gündəliyin kifayət qədər zəngin olduğunu söyləyib: «Sizin Azərbaycana səfəriniz əlaqələrimizin daha da inkişafı baxımdan çox mühümdür, xüsusilə o halda ki, bizim müzakirə edəcək mövzularımız var».

İ. Əliyev iki ölkə arasında münasibətlərin səmimi, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə edib.

Dmitri Medvedyev Azərbaycan prezidentinin bu dəyərləndirməsi ilə razılaşıb: «Ümidvaram ki, biz ikitərəfli münasibətlərimizin mövcud durumunu, regional gündəmi, beynəlxalq məsələləri müzakirə edə biləcək və mühüm sənədlər imzalayacağıq. Bizim təkcə Bakı və Moskvada deyil, digər sammitlər zamanı da mütəmadi görüşlər keçirməyimiz uzun illər davam edəcək sıx, şəffaf və dostluq münasibətlərinin əsasıdır. Biz Rusiya-Azərbaycan münasibətlərini belə görürük»./APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG