Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:51

Volqoqradda 400-ə yaxın ev yanıb


Volqoqrad və Saratov şəhərləri yaxınlığında 400-ə yaxın ev yanıb.

Sentyabrın 2-də təbii yanğınlar zamanı 2 nəfər ölüb, 19 nəfər yanıqlarla xəstəxanaya gətirilib. 750-ə yaxın adam yanğın ərazisindən evakuasiya olunub.

«İnterfax» agentliyi bildirir ki, hadisəylə bağlı prezident Dmitri Medvedev məlumatlandırılıb. Ötən ay anomal istilərin səbəb olduğu yanğınlardan sonra Medvedev fövqəladə vəziyyəti aradan qaldırıb.

Həmin yanğınlarda 50-dən çox adam ölüb, minlərlə adam evsiz qalıb.
XS
SM
MD
LG