Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:20

İsrail və Fələstin yenidən görüşməyə razılaşıblar


İsrail və Fələstin liderləri birbaşa danışıqları davam etməyə razılaşıblar. İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbas sentyabrın 2-də Vaşinqtonda keçirilən görüşdən sonra, yenidən sentyabrın 14-15-də görüşə razılıq veriblər.

Bu son iki ildə keçirilən ilk danışıqlardır.

ABŞ Dövlət katibi Hillari Klinton iki liderin «münaqişəyə son qoymaq imkanının olduğunu» deyib.

Danışıqlar Amerika prezidenti Barak Obamanın təşəbbüsü ilə keçirilir və tərəflərə 1 il vaxt verilib.

Bu arada Qəzza zolağına nəzarət edən Həmas sülh danışıqlarından imtina edib və İsrailə hücumlarını davam edəcəyini bildirib.
XS
SM
MD
LG