Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:05

Azərbaycanla Rusiya arasında bir sıra sənədin imzalanması gözlənilir


Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri davam edir.

Sentyabrın 2-dən Bakıya gələn Medvedev bu gün prezident İlham Əliyevlə təkbətək görüşəcək, sonra isə geniş tərkibdə danışıqlar aparılacaq. Görüşdə ticari-iqtisadi, neft-qaz, hərbi-texniki sahədə əməkdaşlıq, Xəzərdə qarşılıqlı əlaqələr, eləcə də Dağlıq Qarabağ və İranla bağlı vəziyyət müzakirə ediləcək.

Medvedevin səfəri çərçivəsində dövlət sərhədi haqqında müqavilənin, eləcə də Samur sərhəd çayından rasional istifadə və su ehtiyatının mühafizəsi barədə hökumətlərarası sazişin imzalanması gözlənilir.

Bundan başqa, səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti və Rusiyanın «Qazprom» holdinqi arasında əlavə razılaşmanın imzalanması gözlənilir. Sənəd 2011-2012-ci illərdə «Qazprom»un alacağı Azərbaycan qazının həcminin artırılmasını nəzərdə tutur.
XS
SM
MD
LG