Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:44

Səfirliklərin tabeliyində mədəniyyət mərkəzlərinin yaradılması haqqında sərəncam verilib


Prezident İlham Əliyev Azərbaycanın Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində mədəniyyət mərkəzlərinin yaradılması haqqında sərəncam imzalayıb.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, sərəncama əsasən Azərbaycanın Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində mədəniyyət mərkəzləri yaradılacaq.

Nazirlər Kabinetinə iki ay müddətində “Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”ni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, bu sərəncamın 1-ci bəndi ilə yaradılan mədəniyyət mərkəzlərinin fəaliyyətinin təmin edilməsi ilə bağlı lazımi tədbirlər görmək tapşırılıb.
XS
SM
MD
LG