Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:50

Həmsədrlər regiona gəlir


ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie , Robert Bradtke , İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik gələn həftə regiona gələcəklər.

APA-nın məlumatına görə, həmsədrlər səfərə Bakıdan başlayacaq, sonra isə Yerevan və Xankəndinə gedəcəklər.

Səfərdə əsas məqsəd işğal olunmuş ərazilərə baş çəkib fakt-araşdırma missiyasının yaradılması ilə bağlı detalları müzakirə etməkdir.

Qeyd edək ki, Azərbaycan tərəfinin xahişi ilə Dağlıq Qarabağ və ətraf rayonlarda qanunsuz məskunlaşma ilə bağlı fakt-araşdırıcı missiya yaradılacaq və həmsədrlərin də daxil olacağı bu missiya sentyabrda bölgəyə gedəcək.
XS
SM
MD
LG