Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:02

Pentaqonun rəhbəri Əfqanıstandadır


Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts bu gün Əfqanıstana gedib.

O, Əfqanıstan prezidenti Həmid Kərzai və Əfqanıstandakı NATO qüvvələrinin komandanı general Devid Petreusla görüşəcək.

Danışıqlar zamanı əsasən talibançılarla mübarizə və hərbi əməliyyatlar zamanı dinc sakinlər arasında itkilərə yol verilməməsi məsələləri müzakirə olunacaq.

Əfqanıstanın hakim dairələri bu arada Takar əyalətinin bombalanması nəticəsində seçkiqabağı kampaniyalar çərçivəsində təşviqat aparan 10 fəalın öldüyünü xəbər verir.

NATO komandanlığı insidentin araşdırılacağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG