Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:44

Bloqqerin məhkəməsi təxirə salınıb


Sentyabrın 2-də həbsdəki bloqqer Adnan Hacızadənin apelyasiya şikayətiylə bağlı məhkəmə prosesi qeyri-müəyyən müddətə qədər təxirə salınıb.

Səbəb vəkil İsaxan Aşurovun xarici ölkəyə səfəri ilə bağlıdır.

Birinci instansiya məhkəməsi Adnan Hacızadənin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı şikayətini təmin etməyib.

O, cəzasının tən yarısını çəkib.

Adnan Hacızadə və digər bloqqer Emin Milli 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Emin Milliyə 2 il 6 ay, Adnan Hacızadəyə isə 2 il həbs cəzası kəsilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG