Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:37
«Dünya maliyyə böhranı Azərbaycanın iqtisadiyyatının neftdən asılılığını daha da artırıb».

Buna qənaətə İqtisadi Tədqiqatlar Mərkəzi apardığı tədqiqat zamanı gəlib.

Mərkəz ekspertlərinin araşdırmasında məlum olub ki, rəsmi statistikaya görə bağlanan iş yerlərinin sayı 2008-ci illə müqayisədə 3 dəfə artıb. Açılan iş yerlərinin sayı isə əksinə, 35 min azalıb.

Mərkəzdən AzadlıqRadiosuna verilən məlumata görə, araşdırma zamanı daha çox orta və yaşlı nəslin nümayəndələrinin işsiz qalması məlum olub:

«Bundan başqa, böhran dövründə işsizlər arasında ali təhsillilər üstünlük təşkil edib».

Tədqiqatçılar əmək bazarında müsbət dəyişikliklərə nail olması üçün hökumətə təkliflər də hazırlayıblar.

Ölkə rəsmiləri isə dünya maliyyə böhranın Azərbaycan iqtisadiyyatına təsir etməməsiylə bağlı açıqlamalar veriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG