Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:56

Ramiz Mehdiyevin xeyrinə qərar çıxarıldı


Bakı Apellyasiya Məhkəməsi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin «Xural» qəzetinə qarşı iddiası üzrə Nərimanov Rayon Məhkəməsində çıxarılmış qərardan şikayətə baxıb.

RATİ xəbər verir ki, sentyabrın 1-də keçirilən prosesdə rayon məhkəməsinin qərarı qüvvədə saxlanıb.

Həmin qərara görə, «Xural» qəzeti 23 may 2010-cu il sayında verdiyi «Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!! Prezident Administrasiyasının rəhbəri nədən Şəki camaatını və icra başçısını cəzalandırmalı oldu?» başlıqlı məqalədə yazılanları təkzib etməli, üzr istəməli və 10 min manat təzminat ödəməlidir.
XS
SM
MD
LG