Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:27

Dünya Bankı Pakistana 1 milyard dollar verir


Dünya Bankı Pakistana 1 milyard dollar pul ayırmağa qərar verib. Vəsait daşqından əziyyət çəkənlərə yardım üçün verilir.

Bank əvvəllər 900 milyon dollar ayıracağını desə də, sonradan yardımın məbləğini 1 milyarda artırıb.

Bu barədə Vaşinqtonda Dünya Bankının prezidenti Robert Zelliklə Pakistanın maliyyə naziri Hafiz Şeyx arasında danışıqlardan sonra elan olunub.

Pakistan rəhbərliyi bildirir ki, daşqınlar 17 milyondan çox adama ziyan vurub, 1600 adam ölüb. Dəyən ziyanın məbləği 43 milyard dollar dəyərindədir.
XS
SM
MD
LG