Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:25

Dmitri Medvedev Bakıya gəlir


Sentyabrın 2-də Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana iki günlük səfəri başlayır. Səfər zamanı Dağlıq Qarabağ münaqişəsi, ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq, eləcə də, Xəzərdə tərəflərin qarşılıqlı əlaqələri məsələlərini müzakirə edəcək. Dövlət sərhədi ilə bağlı müqavilə, eləcə də transsərhəd Samur çayından rasional istifadə və su resurslarının mühafizəsi ilə bağlı saziş imzalanacaq.

Dmitri Medvedevin bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəyi, sentyabrın 3-də isə Azərbaycan və Rusiya prezidentləri arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə danışıqlar aparılacağı bildirilir. Danışıqlar sənədlərin imzalanması ilə başa çatacaq.

Medvedev Azərbaycandan əvvəl ötən ay Ermənistanda səfərdə olub. Həmin vaxt Yerevanda Rusiyanın Gümrüdəki hərbi bazasının yerləşmə müddətinin 2044-cü ilədək uzadılmasına dair protokol imzalanıb. Bu müddətdə Rusiya Ermənistanı silah və müasir hərbi texnika ilə təmin edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG