Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:57

Bişkek ATƏT-lə danışıqları davam etdirir


Qırğızıstan ölkədə beynəlxalq polis missiyası yerləşdirilməsi ilə bağlı danışıqları davam etdirir.

Bişkeklə ATƏT bu yaxınlarda etnik toqquşmalar baş vermiş Qırğızıstanın cənubunda ATƏT ölkələrindən 52 polis qüvvəsi yerləşdirilməsi ilə bağlı razılığa gəlsələr də hələlik tərəflər arasında yekin sənəd imzalanmayıb.

Prezidentin mətbuat katibi Avlanbek Cumabayev Azadlıq Radiosuna müsahibəsində bildirib ki, sənəd yalnız ölkənin maraqları tam nəzərə alındıqdan sonra imzalanacaq.

Son həftələr Qırğızıstanda beynəlxalq polis missiyası yerləşdirilməsinə qarşı bir neçə dəfə etiraz aksiyası keçirilib.

XS
SM
MD
LG