Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:59

Beynəlxalq Universitetin fəaliyyəti dayandırılıb


Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinin dayandirilması barədə qərar qəbul edib.

Nazirliyin Icra Aparatından APA-ya verilən məlumata görə, universitet lisenziyanın uzadılmasıyla bağlı müraciət eləsə də nazirliyin Lisenziya Komissiyasından rədd cavabı alıb.

Komissiya bunun səbəbini universitetdə tədrisin təskilindəki problemlər, qanunsuz tələbə köçürmələri və digər nöqsanlarla izah edib.

Təhsil Nazirliyinin məsələylə bağlı rəsmi açiqlama verəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG