Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:27

Taxıl idxalında hökumət güzəştinə ehtiyac yoxdur



Azərbaycanda bu il taxıl idxalı ilə bağlı heç bir problem gözlənmir. Bunu deyən dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin sözlərinə görə, təkcə avqust ayı ərzində ölkəyə 140 min tondan artıq taxıl idxal olunub:
«İdxalın həcmi Azərbaycanda bu il taxıl ilə bağlı heç bir problemin olmayacağından xəbər verir».

Taxıl idxalının əlavə dəyər vergisindən (18%) yenidən azad edilməsi perspektivlərinə gəldikdə isə A.Əliyev APA-ya bildirib ki, hazırda ölkəyə taxıl idxalı davam edir və onun qiymətində böyük bir fərq müşahidə olunmur:
«Hesab edirəm ki, idxal olunan taxılın ƏDV-dən azad olunmasına zərurət yoxdur».

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən AzadlıqRadiosuna bildiriblər ki, yaxın günlərdə baş nazirin taxıl idxalının ƏDV-dən azad edilməsiylə bağlı sərəncam verəcəyi gözlənir.
XS
SM
MD
LG