Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:42

Ümumtəhsil məktəblərinin bəzi dərs vəsaitlərinə dəyişikliklər edilib


Azərbaycan Təhsil Nazirliyi 2010/2011-ci dərs ili üçün ümumtəhsil məktəblərinin bəzi dərs vəsaitlərinə dəyişikliklər edib. Bu barədə Trend-ə Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bildirib.

Onun sözlərinə görə, «İnformatika», «Ən yeni tarix», «Coğrafiya» və 11-ci siniflər üçün «Konstitusiya» dərsliklərinə, eləcə də 8-ci siniflər üçün «Rəsmxətt» dərsliklərinə dəyişikliklər edilib.

«Cari ildə yeni kurikulumlar əsasında 3-cü siniflər üçün dərsliklər də yenilənib», - Şahbazlı bildirib.

Onun sözlərinə görə, sentyabrın 10-dək Azərbaycanın bütün məktəbləri dərsliklərlə təmin ediləcək.

Faiq Şahbazlının sözlərinə görə, bu il Azərbaycanda 115 adda dərs vəsaiti nəşr edilib. Halbuki əvvəlcədən 111 vəsait planlaşdırılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG