Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:54

Əli Əhmədov YAP-çıları sosial şəbəkələrdə aktiv olmağa çağırıb


Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov partiyanın gənc üzvlərini internetdə sosial şəbəkələrdə aktiv olmağa çağırıb.

APA-nın məlumatına görə, belə bir təkliflə Əli Əhmədov partiyanın Nizami rayon təşkilatının qərargahında YAP rəhbərliyi ilə parlament seçkilərində ilk dəfə səs verəcək partiya üzvləri arasında keçirilən görüşdə bildirib.

O deyib ki, internetdə sosial şəbəkələrdə qatılarkən öz mövqelərini ortaya qoysunlar, yalnız oxucu deyil, aktiv iştirakçı olsunlar.

Əli Əhmədov YAP üzvlərinin sayının 520 mini keçdiyini, onlardan 40 fazinin gənclərdən ibarət olduğunu deyib. O, gəncləri 7 noyabrda keçiriləcək parlament seçkilərində səs verməklə yanaşı, partiyanın namizədlərinin təşviqatı işində iştirak etməyə də çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG