Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:14

KİV-ə dəstək məqsədilə radikal addımlar atılacaq


Azərbaycanda KİV-in fəaliyyətinin stimullaşdırılması və dəstək göstərilməsi məqsədilə bu ilin sonuna qədər radikal addımlar atılacaq.

Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Ə. Amaşovun sözlərinə görə, bu dəyişikliklərə mətbuatın vergilərdən azad edilməsi, reklam bazarının formalaşdırılması, gəlir vergisi dərəcəsinin aşağı salınması və s. daxildir: “Bu sahədə işləri ilin sonuna qədər yekunlaşdırmaq niyyətindəyik. Ümid edirəm ki, bu sahədə radikal dəyişikliklər olacaq”.

Mətbuat Şurasının sədri jurnalistika fakültəsinə qəbulda gələn ildən qabiliyyət imtahanlarının tətbiqinin planlaşdırıldığını da vurğulayıb.

Ə. Amaşov artıq dövlət başçısının tapşırığı əsasında jurnalistlərə mənzil tikintisi üçün vəsait ayrıldığını, yaxın vaxtlarda binanın tikintisinə başlanacağını da qeyd edib./APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG