Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:43

Tony Blair ölən əsgərlərə görə ağlayıb


Britaniyanın keçmiş baş naziri Tony Blair İraq müharibəsi zamanı ölən əsgər və dinc sakinlərə görə ağlayırmış. Blarin yenicə nəşr olunmuş memuarında belə qeyd olunur.

Blair xatirələrində yaz;r ki, Səddam Hüseyni hakimiyyətdən uzaqlaşdırmaq qərarının hələ də düzgün olduğuna inanır və ABŞ-ın rəhbərliyi altında İraqa müdaxilədən təəssüflənmir.

O hesab edir ki, Səddam Hüseni hakimiyyətdə saxlamaq Qərb təhlükəsizliyi üçün müşahidə olunan xaos və qırğınla müqayisədə daha riskli ola bilərdi.

Blarin «Səfər» adlı memuarı bu gündən satışa çıxarılıb. Sabiq baş nazir artıq elan edib ki, kitabdan əldə etdiyi vəsaiti müharibə veteranlarına köməklik edən Britaniyanın xeyriyyə təşkilatlarına köçürəcək.

Tony Blair 2007-ci ildə baş nazirlikdən gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG