Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:54

«Heç bir kənar qüvvə Qarabağ məsələsinə müdaxilə edə bilməz»


«Dağlıq Qarabağ münaqişəsinin istənilən yolla həlli Azərbaycanın daxili işidir, heç bir kənar qüvvə bu məsələyə müdaxilə edə bilməz».

Avqustun 31-də prezident İlham Əliyev Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbulu zamanı belə deyib.

Prezident qeyd edib ki, bu məsələni sülh və danışıqlar yolu ilə həll etmək üçün dünya ictimaiyyəti daha da ciddi tədbirlər görməlidir, işğalçı dövlətə daha da ciddi təzyiqlər göstərilməlidir və bu prosesin uğurla başa çatması üçün diplomatik səylər göstərilməlidir.
XS
SM
MD
LG