Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:12

İnternet tarifləri endirilir


Sentyabrın 1-dən internet tarifləri endirilir. Azərbaycanın əsas internet təchizatçısı olan «Delta Telekom» şirkəti belə bir qərar verib.

«AnsPress»in məlumatına görə, bundan sonra bütün provayderlər aldıqları hər bir 1 mb/s üçün cəmi 50 manat ödəyəcəklər.

İndiyədək isə tarif bundan 2 dəfə çox - 110 manat idi. Şirkət rəhbərliyinin məlumatına görə, tariflərin endirilməsi Azərbaycanda internetin daha da keyfiyyətli və sürətli olmasına imkan verəcək. Amma son istifadəçilər, yəni sadə vətəndaşlar üçün yaxın günlərdə qiymətlə bağlı yenilik olmayacaq.

Provayder şirkətlərində bildirirlər ki, çünki yeni tariflər internetin sürətini və keyfiyyətini yüksəltməyə imkan verir. Qiymət yalnız bu mərhələni keçdikdən sonra azala bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG