Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:49

Ermənistan və Azərbaycan hərbçiləri arasında şiddətli atışma olub, 2 əsgər ölüb


Avqustun 31-də Ermənistan və Azərbaycan hərbçiləri arasında şiddətli atışma olub. Müdafiə nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bu barədə məlumat verib.

Məlumata görə, Ermənistan silahlı bölmələrinin təxribat qrupu saat 16.30-da Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd ediblər.

Bu zaman şiddətli atışmalar baş verib. Azərbaycan əsgərinin güclü müqaviməti nəticəsində Ermənistan tərəfi 3 itki və bir neçə yaralı verərək geri oturdulub.

Döyüş zamanı Azərbaycan Ordusunun 2 əsgəri – Əmirov Vüqar Əmirəli oğlu (1991 İmişli RHK aprel 2009) və Abdullayev Pərvin Nəbi oğlu (1991 Sabirabad RHK aprel 2009) həlak olublar.
XS
SM
MD
LG