Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:33

Əmək pensiyalarının baza hissəsi 10 manat artırılıb


Prezidentinin sərəncamı ilə minimum aylıq əməkhaqqı və əmək pensiyalarının baza hissəsi artırılıb. Sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği sentyabrın 1-dən 85 manat müəyyən edilir.

Eyni zamanda, Dövlət Sosial Müdafiə Fonduna tapşırılır ki, qanunvericiliklə müəyyən olunmuş müvafiq hallarda Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu sərəncama uyğun artırılaraq yenidən hesablanmasını təmin etsin.

Prezident minimum aylıq əməkhaqqının artırılması haqqında da sərəncam imzalayıb.
Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği sentyabrın 1-dən 85 manat müəyyən edilir.

Bu sərəncamadək Azərbaycanda minimum aylıq əməkhaqqı və əmək pensiyalarının baza hissəsinin məbləği 75 manat idi.
XS
SM
MD
LG