Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:04

Avropa deputatları milisi tənqid edib


Rusiya müxalifəti və insan haqları fəalları Moskva, Sankt Peterburq kimi iri şəhərlərdə icazəsiz nümayişlər keçiriblər.
Moskvada 10 nəfər həbs olunub.

Avropa Parlamentinin 4 üzvü Moskvadakı nümayişə gəliblər və polisin hərəkətlərini tənqid ediblər.

Avropa Parlamentinin insan haqları alt komitəsinin sədri Heidi Hautala müxalifət lideri Boris Nemtsovun nümayişdəki həbsini pozuntu adlandırıb.

Rusiya müxalifəti iki aydan bir ayın 31-də Konstitusiyanın 31-ci maddəsinin müdafiəsinə nümayiş keçirir.
31-ci maddə sərbəst topalşma azadlığı haqdadır.
XS
SM
MD
LG