Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:52

Unun bahalaşmasının səbəbi nədir?


Çörəyin qiymətinin qaldırılmasına və ya çəkisinin azaldılmasına ehtiyac yoxdur, çünki kifayət qədər taxıl ehtiyatımız var
Çörəyin qiymətinin qaldırılmasına və ya çəkisinin azaldılmasına ehtiyac yoxdur, çünki kifayət qədər taxıl ehtiyatımız var
Qazaxıstan Azərbaycanın taxıl ehtiyacını ödəməyə hazırdır, amma ortada qiymət artımı var. Ölkədə isə bəzi bölgələrdə unun qiymətinin artmasıyla, çörəyin çəkisinin azalmasıyla bağlı xəbərlər gəlir.

Suallarımızı Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev cavablandırır:

- Sabir müəllim, Qazaxıstanın Azərbaycandakı səfiri bir neçə gün qabaq bildirib ki, dünya bazarında qiymətlər artıb və onlar da taxılı yeni qiymətlə, tonunu təxminən 220 dollardan satacaqlar. Azərbaycan isə əsasən Qazaxıstandan taxıl alır.

O ALVERÇİLƏRDİR, BİR-İKİ MANAT ÜSTÜNƏ QOYUB SATIRLAR

- Bu qiymət yaxşıdır, bizə sərf edir. Bir-iki günə ölkəyə gətirilən taxıl məhsullarına 18 faizlik Əlavə Dəyər Vergisi (ƏDV) götürüləcək. 18 faiz də…yəni 39 manat 60 qəpik az olacaq.

- Bu nə vaxtdan tətbiq olunacaq?

- Bir-iki günə həll olunmalıdır. İqtisadi İnkişaf, Maliyyə, Ədliyyə nazirlikləri baxır, onlar öz rəylərini verəndən sonra baş nazir qol çəkəcək.

- Amma mətbuat bəzi yerlərdə unun qiymətinin qalxmasıyla bağlı xəbərlər yayır.

- Bu var, əsasən alverçilərdir. Bir yerdən alıb başqa yerə satırlar, vergi onun qarşısını alacaq. Demişik. Amma böyük firmalar, şirkətlər qiyməti bahalandırmayıb, qaldırmayacaq da. O alverçilərdir, bir-iki manat üstünə qoyub satırlar.

BİZİ QANE EDİR

- Belə məlumatlar da var ki, bəzi istehsalçılar çörəyin qiymətini qaldıra bilməyib çəkisini azaldırlar.

Nə qiymət deyiblərsə, firmalar o qiymətlə də alacaqlar
- Var, belə hallar var. İqtisadi İnkişaf Nazirliyi buna nəzarət etməlidir. Çörəyin qiymətinin qaldırılmasına və ya çəkisinin azaldılmasına ehtiyac yoxdur, çünki kifayət qədər taxıl ehtiyatımız var.

- Sabir müəllim, Qazaxıstandan 500 min ton taxıl ixracıyla bağlı olan razılaşma köhnə qiymətlədir, yoxsa yeni qiymətlə?

- İndiki qiymətlədir, tonu 220 dollarladır. Bizi qane edir. Nə qiymət deyiblərsə, firmalar o qiymətlə də alacaqlar. Yerli istehsalda da qiymət artıb. Hələ bir az çoxdur. İndi bizdə tonu 250 manata satılır.

TOXUM FERMERLƏRƏ GÜZƏŞTLƏ SATILACAQ

- Siz planlaşdırırsız ki, payızda 900 min ton da əkilsin?

- Bəli planlaşdırırıq. Toxum çatışmır, indi ayrı-ayrı ölkələrdən toxum gətirilir. Çalışırıq ki, fermerləri toxumla təmin edə bilək.

- Toxum fermerlərlə güzəştlə veriləcək, yoxsa, öz dəyərində satılacaq?


- Toxum istehsal edən fermerlərə verilən taxılın 40 faizini dövlət ödəyir. Ona görə də onlara güzəştlə satılacaq.

- Bu yay müşahidə olunmuşdu ki, bəzi bölgələrdə kəndlilər ziyanvericilərin ucbatından taxıl məhsulunu yığa bilməyiblər. Məsələn, Ağcabədinin bəzi kəndlərində siçan taxıla ciddi zərər vurub.


- Ermənistanla sərhəd ərazilərdə siçanabənzər gəmiricilərlə bağlı problem var. İndi vaxtı deyil, payız əkinindən sonra onlarla mübarizə aparılacaq. Bu il də, ötən il də gəmiricilər taxıla ciddi zərər vurdu.
XS
SM
MD
LG