Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:18

Türkmənistan qazını Hindistana və Pakistana çıxarmaq istəyir


Əfqanıstan və Türkmənistan uzun müddət təxirə salınan qaz kəmərini çəkməkdə maraqlı olduqlarını yenidən təsdiqləyiblər.
Həmin kəmər Türkmən qazını Əfqanıstandan keçməklə Pakistana və Hindistana çıxarmalıdır.

Kabildə imzalanmış sənəd bütün tərəfləri aradakı razılaşdırılmamış məqamları tezliklə aradan qaldırmağa çağırır.

Sənəddə Türkmənistan və Əfqanıstan söz verirlər ki, öz ərazilərində kəmər çəkilişi üçün bütün geoloji tədqiqatları aparacaqlar
və kəmər tikintisi üçün lazım olan dəmiryolunu Əfqanıstanın Məzari Şərif şəhərindən Türkmənistan sərhədlərinədək uzadacaqlar.
XS
SM
MD
LG