Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:45

Əmanətlər gecikdiriləcək?


Sovet dövründə banklarda qalan əmanətlərin qaytarılması gələn il də baş tutmaya bilər.

Maliyyə nazirinin müavini Azər Bayramovun sözlərinə görə, bu məsələnin dövlət büdcəsinin layihəsinə salınması üçün əvvəlcə müvafiq qanunvericilik olmalıdır.

Nazir müavini deyir ki, bu ilin dövlət büdcəsinin layihəsi üzərində işlər isə artıq yekunlaşma mərhələsindədir və qanuna müvafiq sentyabr ayının ortalarında Nazirlər Kabinetinə təqdim ediləcək.

«Bəs gələn ilin dövlət büdcəsindən sosial sahələrə əvvəlki illərlə müqayisədə əsaslı maliyyə ayırması olacaqmı» sualının cavabında Azər Bayramov dedi ki, indi o, detallara toxunmaq istəmir, ictimaiyyət gələn ilin dövlət büdcəsi barədə təxminən bir-iki həftədən sonra məlumat ala biləcək.
XS
SM
MD
LG