Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:23

ABŞ İraqdan çıxmasını rəsmən elan edəcək


Bu gün ABŞ İraqdakı 7 illik hərbi əməliyyatların başa çatmasını rəsmən elan edəcək. Bununla bağlı prezident Barak Obamanın Ağ Evdə çıxışı gözlənilir.

Sentyabrın 1-də keçiriləcək təntənəli hərbi mərasimdə iştirak etmək üçün ABŞ-ın vitse-prezidenti Co Bayden İraqa gəlib.

2003-cü ildə Barak Obama senator olanda ABŞ qoşunlarının İraqa girməsinə qarşı çıxmışdı. 2008-ci ildə isə o prezident seçkisi kampaniyasında ABŞ qoşunlarının İraqdan çıxarılmasını özünün əsas məqsədlərindən biri olduğunu demişdi.

XS
SM
MD
LG