Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:05

Kommunizmin altına qoyulan bomba


Lex Valensa. 1981, Qdansk
Lex Valensa. 1981, Qdansk
“Solidarnost” – sosialist bloku ölkələrində yaradılan ilk müstəqil həmkarlar təşkilatı idi.

1980-ci illərdə Şərqi Avropada bir-birinin ardınca kommunist rejimlərinin çökməsinə bu təşkilatın uğuru da yol açmışdı.

Hər şey 1980-ci ilin 31 avqustunda Qdansk şəhərində hökumətlə “Solidarnost” həmkarlar ittifaqı arasında imzalanan sazişlərdən başlandı.

HÖKUMƏT TƏTİL EDƏN FƏHLƏLƏRƏ GÜZƏŞTƏ GETDİ

Amma“Solidarnost”un lideri olmuş Lex Valensa indi - üstündən 30 il keçdiyi bir vaxtda ildönüm tədbirlərinin heç də hamısına qatılmaq istəməyib.

Tarixi hadisənin ildönümü Polşanın Baltik dənizi sahilindəki şəhərlərində geniş şəkildə qeyd edilir.

"Solidarnost" məhz həmin bölgədə yaranmışdı.

Ötən bazar günü Şetsin şəhərində təşkil edilən mərasimdə Polşa prezidenti Bronislav Komorovski də nitq söyləyib.

“Bu məxsusi gündə biz bu insanların üzünə qürur və razılıqla baxıb onların sistemin dağıdılması üçün tarixi savaşını ehtiramla yad edirik.

Biz fəxrlə deyə bilərik ki, bu savaşla təkcə kommunizmə ağır zərbə vurulmadı, həm də müdrik və effektiv islahatlar üçün münbit zəmin yarandı”.

1980-ci ilin 31 avqustunda hökumət Qdansk razılaşması ilə Polşanın Baltikyanı bölgələrində tətil edən fəhlələrə böyük güzəştlər etməyə məcbur oldu.

Valensa fəhlələr qarşısında çıxış edir. 1980, 8 avqust
Qdansk sazişi ilə müstəqil həmkarlar təşkilatının yaradılmasına icazə verildi.

Fəhlələr tətil edə, maaşlarının artırılmasını tələb edə bilərdilər.

Bundan başqa senzura məhdudlaşdırıldı,

SİYASİ MƏHBUSLAR AZAD EDİLDİ

və dövlətin nəzarətində olan televizya və radiolarda hər həftə katolik mərasimləri nümayiş etdirilməyə başlandı.

Gəmiqayırma müəssisəsinin fəhləsi – elektrik Lex Valensa saziş imzalanandan iki həftə qabaq “Solidarnost”da tətil komitəsinin sədri seçilmişdi.

Rəsmi olaraq "Solidarnost" oktyabrın 24-də tanındı.

Bundan sonrakı illərdə həmkarlar təşkilatının üzvlərinin sayı 10 milyon nəfərə qalxdı. Bu həmin dövrdə Polşa əhalisinin 4-ə 1-dən çox idi.

1980-i ci il Polşada gərginliyin son həddə çatdığı il idi.

Heç kəs bilmirdi ki, yerli kommunist hökuməti tətilçilərə qarşı güc tətbiq edəcək, yoxsa Kremlin səbr kasası daşacaq və o, Polşaya qoşun yeridəcək.

Valensa Azadlıq Radiosunun Mərkəzi xəbər xidmətinə müsahibəsində deyir ki, həmin dövrdə Polşada kommunizmin çökəcəyini ağıllarına belə gətirmirdilər.

“Əgər o zaman kimsə mənə desə idi ki, gün gələcək Polşada nə kommunizm olacaq, nə də sovetlər və Polşa müstəqil, suveren dövlət olacaq - mən buna inanmazdım”.

Amma sonra

VALENSA VƏ “SOLİDARNOST"UN YOLLARI AYRILDI

Həmkarlar İttifaqı 1989-cu ildə Polşada kommunist hökumətinin taxtdan salınmasından mühüm rol oynadı.

Lex Valesa (sağda) Qdanskdakı anım mərasimində. 29 avqust 2010

1990-cı ildə Valensa prezident seçkilərinə qatılmaq qərarı verdi.

İkinci dəfə onunla "Solidarnost" arasında fikir ayrılığı bu yaxınlarda yaşandı.

Polşa prezidenti Kaçinski təyyarə qəzasında öləndən sonra onun qardaşı prezidentliyə namizədliyini verdi. “Solidarnost”un Yaroslav Kaçinskini dəstəkləməsi Valensanın ürəyincə olmamışdı.

Valensa Qdanskdakı əsas mərasimə qatılsa da, onun Baltikyanı bölgədəki bütün ildönüm tədbirlərində işriakı sual altındadır.

Çünki 67 yaşlı Valensa öz bloqunda yazıb ki, "çox yorulub və istəyir ki, onu sakit buraxsınlar".

Valensa 1990-95-ci illərdə Polşa prezidenti olub. 1983-cü ildə Nobel sülh mükafatına layiq görülüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG