Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:58

ABŞ və İsrail ravvinin fələstinlilər əleyhinə fikirlərini rədd edirlər


ABŞ və İsrail hökumətləri İsrailin nüfuzlu dini liderinin fələstinlilər və onların lideri Mahmud Abbasa qarşı nifrət çıxışlarını rədd ediblər. Ravvin Ovadia Yosef ötən şənbə günü çıxışında bildirmişdi ki, fələstinlilər yəhudilərin nifrətə layiq düşmənləridir və onların lideri Mahmud Abbasın Yer üzündən yox olmasını arzulayır.

Bu çıxış İsrail və fələstin liderlərinin Vaşinqtonda sülh danışıqlarını bərpa etmələrinə bir neçə gün qalmış səslənir.

Baş nazir Benjamin Netanyahunun ofisindən avqustun 30-da verilən rəsmi açıqlamada qeyd edilir ki, ravvinin fikirləri Baş nazirin və İsrail hökumətinin rəsmi mövqeyini ifadə etmir.

ABŞ Dövlət Departamenti də ravvinin həmin “təhqir və təhrikedici” fikirlərinin İsraillə Fələstin arasında sülh prosesini poza biləcəyi qeyd edilir.
İraq doğumlu ravvin Ovadia Yosef hazırda İsraildə hökumət koalisiyasına daxil olan dini partiyanın mənəvi lideridir.
XS
SM
MD
LG