Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:44

İslam Konfransı Təşkilatı bir milyard dollar yardım vəd edir


Müsəlman ölkələrinin birləşdiyi İslam Konfransı Təşkilatı sel fəlakəti ilə üz-üzə qalmış Pakistana bir milyard dollar yardım verəcək. Təşkilat puldan savayı, bu ölkəyə müxtəlif mallarla yardımlar da göndərəcəyini bildirir.

Təşkilatın rəhbəri Ekmeleddin Ihsanoglu bu məbləğdə yardım vədi 57 üzv ölkədən, həmçinin də Türkiyə, Küveyt, Qatar, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin müxtəlif qeyri-hökumət təşkilatlarından gəlib. Amma İhsanoğlu Pakistanda hökumət əleyhinə qeyri-hökumət təşkilatlarına nə qədər yardım göndəriləcəyini deməyib.

Eyni zamanda Pakistanın Baş naziri Yusif Raza Gilani xarici qeyri-hökumət təşkilatlarının ölkənin rəsmi strukturlarına deyil, müxtəlif başqa qurumlara yardım verməsini tənqid edib. O, bildirib ki, bu cür yardımlar boşa xərclənir.

Pakistanda iyulun əvvəlində bir neçə həftə davam etmiş seldən 1600 nəfər həlak olub, 20 milyona qədər adam da fəlakətdən ziyan çəkib.

Günün bütün mövzuları

XS
SM
MD
LG