Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:18

Qazaxıstan Azərbaycana köməyə hazırdır


Ölkəyə taxıl idxalı əsasən Qazaxıstanın payına düşür

Ölkəyə taxıl idxalı əsasən Qazaxıstanın payına düşür

Qazaxıstan Azərbaycanın taxıl ehtiyacını ödəməyə və onlara edilən müraciətlərə baxmağa hazırdır. Bu barədə avqustun 30-da keçirilən mətbuat konfransında Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov məlumat verib.

Onun sözlərinə görə, ölkəsinin taxılla bağlı problemi yoxdur.

Səfir deyib ki, Azərbaycanla bu il üçün 500 min ton taxıl ixracı barədə razılaşma var. Azərbaycanın 1 mln. ton taxıla tələbatını nəzərə alan Qazaxıstan əlavə həcmdə taxıl ixrac etməyə hazırdır.

Eyni zamanda səfir taxılda qiymət artımı da olduğunu deyib. Hazırda bir ton Qazaxıstan taxılının qiyməti 230 dollar təşkil edir. Halbuki bu yaxınlarda bu qiymət 160 dollar təşkil edirdi.

Rusiya bu aydan taxıl ixracına qadağa qoyub, o, üzvü olduğu Gömrük Birliyi təşkilatının digər üzvü – Qazaxıstana da analoji addımı atmağı təklif etmiş, amma Qazaxıstan hökuməti taxıl ehtiyatının bol olduğunu əsas gətirib ixrac qadağasına ehtiyac görmədiyini bildirmişdi.

Bir müddət əvvəl Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev isə AzadlıqRadiosuna demişdi ki, ölkəyə taxıl idxalı əsasən Qazaxıstanın payına düşür.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG