Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:38













YAZA BILMIRƏM

Çoxdandır bir şeir yaza bilmirəm,
Yaranmır qəlbimdə bircə söz belə.
Hava da, külək də, şaxta da qar da,
Deyir ki, ay Əşrəf, səbr et, döz belə.

Ürək nisigilini çəkibdir zilə,
Könlümü birtəhər tutmuşam dilə.
Qəhərdən gözümdə yaş gilə-gilə,
Dolub dərya olur, deyir üz belə.

Elə ki, üstümə buz sükut çökür,
Kədər köhlənini dordnala çapır.
Gecələr dərdlərim ocaqdan qapır,
Basır ürəyimə yanar köz belə.

Sanki qəfəsdəyəm, könlüm dardadır,
Bilmirəm həyatım, sonum hardadır.
Onsuz ömrüm-günüm ahu-zardadır,
Getmir gözlərimdən qara göz belə.

Yad ellərdə qalan dönməzmi qula,
Könlü yar istəsə, meyl edər dula.
Bir parça çörəyə, beş qəpik pula,
Bu qürbət elləri dolan gəz belə...

Tanrı zülmləri götürməsin qoy,
Çəkdiyim əzabı itirməsin qoy.
Ömrümü qürbətdə bitirməsin qoy,
Tutmasın bəxtimi boran, buz belə.


DEYİL

Əgər sevmirsənsə qəlbin gözüylə,
Onda o məhəbbət məhəbbət deyil.
Əgər qurulmuşsa şöhrət iziylə,
Bil ki o səadət səadət deyil.

Mənasız ömr edib qocalırsansa,
Şeytanın məkrindən güc alırsansa,
Kimsəni alçaldıb ucalırsansa,
Bil ki o rəşadət rəşadət deyil.

Qəlbində riyalar, gözündə hiylə,
Axıtsan gözlərdən yaş gilə-gilə.
Yüz il də zahidlik edəsən belə,
Bil ki, o ibadət ibadət deyil.

Aləmdə sələmlə pul çəkirsənsə,
Kimsənin gözündən yaş tökürsənsə,
Fitnə-fəsad ilə kin əkirsənsə,
Bilki o fərasər fərasət deyil.

Azadlıq cənnətdir, qan sevir ancaq,
Uğrunda ölənlə yaşayır torpaq.
Göylərə əl açıb nalə qoparmaq,
Bil ki o şikayət şikayət deyil,

Çölləri sel yusa, külək aparsa,
Palıdı kökündən tufan qoparsa,
Şimşək qayaları vurub çaparsa,
Bil ki, o fəlakət fəlakət deyil.

Kim ki, öz andına əfsanədirsə,
Xalqının dərdinə biganədirsə,
Milləti çöllərdə divanədirsə,
Bil ki, o siyasət siyasət deyil.

Əşrəfin sözündə qüdrəti yoxsa,
Xainə, azğına nifrəti yoxsa,
Düz sözü yazmağa cürəti yoxsa,
Bil ki, o cəsarət cəsarət deyil.


ŞAİR

Sultan MƏRZİLİYƏ

Saçların ağarıb bəyaz qar kimi,
Çox da qaşlarına dən düşüb şair.
Gözlərin çağlayır bir bahar kimi,
Demə ki, qəlbinə çən düşüb şair.

Sokrat da, Fales də qaldı qədimdə,
Bizim dünyamızın heyrəti sənsən.
İndi Dəlidağda bir at belində,
Gəraylı, bayatı, heyratı sənsən.

Necə də yanmısan eşqin odunda
Məcnun səhralarda nisbət olmasın.
Sevdiyin Leylitək solmaz adında,
İbn Səlamlara qismət olmasın.

Enib zirvələrdən, coşub - çağlayan,
Bəstəkar, nəğməkar bir çay kimisən.
Neçə könüllərdə ülfət bağlayan,
Bir sevgidən qopan haray kimisən.

Ayaq izlərin var hər bir daşında,
Qarabağ yurdunun avazı sənsən.
Yeddi min, yeddi yüz dəli başında,
Dədə Koroğlunun əvəzi sənsən.


DEYİRLƏR SƏN MƏNİ SEVMİRSƏN İNDİ

Deyirlər sən məni sevmirsən indi,
Danmısan əhdini, dan, nə deyirəm.
Kiməsə qəlbini vermisən indi,
Yanırsan onunçün, yan, nə deyirəm.

Mənsə öz əhdimdən dönmədim heç vaxt,
Əridim eşqində hər gün, hər saat.
Nədənsə qədrimi bilmədin heyhat,
Sənindir ixtiyar, can, nə deyirəm.

Hələki gec deyil, gəl düşün bir az,
Ürəklə əylənib oynamaq olmaz.
Məhəbbət yaralı quş kimi pərvaz,
Eyləsə söz olar, qan nə deyirəm.

Bəlkə günahkaram, danış söylə sən,
Bəlkə üzün gəlmir üzümə desən.
Bəlkə gilelylisən bəxtsiz Əşrəfdən,
Tütmusan üzünü yan, nə deyirəm...

Moskva

Günün bütün mövzuları

XS
SM
MD
LG