Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:40

Prezident Aparatı qarşısında etiraz


Prezident Administrasiyası
Prezident Administrasiyası
Avqustun 30-da saat 13.00-a yaxın Binəqədi rayonunun 50-yə yaxın sakini evlərinin sökülməsinə etiraz olaraq Prezident Administrasiyasına gəlib. Prezident Administrasiyasının qəbul otağının qarşısında polis dəstələri onları saxlayaraq avtobuslara əyləşdirib və Binəqədi rayon İcra Hakimiyyətinə yola salıb. Bu barədə məlumatı Turan yayıb.

Polis şikayətçilərin jurnalistlərlə danışmasına imkan verməyib və aksiyanı çəkən bir neçə jurnalisti saxlayıb.

Vətəndaşların narazılığına onların evlərinin sökülməsi və Binəqədi qəbiristanlığının köçürülməsi, bu yerdə isə yeni metro stansiyasının tikilməsi ilə bağlı hakimiyyətin planları səbəb olub. Belə ki, rəsmilər bildirir ki, sözügedən yerdə yaşayış evləri qanunsuz tikildiyindən adamlara kompensasiya verilməsi nəzərdə tutulmayıb. Əsasən son 10-15 ildə tikilmiş onlarla ev söküntüyə məruz qalıb.

Ötən həftə qəbiristanlığın sökülməsinə başlanılıb ki, bu da yerli əhali ilə polis arasında qarşıdurmaya səbəb olub.
XS
SM
MD
LG