Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:39

«Lukoil» rəhbəri dəyişir


Rusiyanın iri neft müəssisələrindən biri olan «Lukoil» şirkətinin təsisçisi və prezidenti, azərbaycanlı Vahid Ələkbərov postunu tərk etmək niyyətindədir.

Məlumatı Rusiyanın «RBK daily» agentliyi yayıb. Agentlik bildirir ki, V. Ələkbərov artıq bu ilin sentyabr ayının 1-dən sonra «Lukoil»in rəhbəri vəzifəsindən gedə bilər. O, şirkətdə Direktorlar Şurasına rəhbərlik etmək niyyətindədir və artıq bu barədə İdarə Heyətini məlumatlandırıb.

Şirkətin yeni prezidenti isə «Lukoil Oversiz»in başçısı 45 yaşlı Andery Kuzyayev ola bilər. Lakin prezident vəzifəsinə «Lukoil»in vitse-prezidentləri Ravil Maqanov və ya Leonid Fedun təyin olunacağı da istisna olunmur.

»Lukoil»in İdarə Heyətinin sədri Valeri Qrayfer isə yaşının çox olması əlaqədar postunu tərk edəcək.

V. Ələkbərov «Lukoil»in prezidenti vəzifəsində şirkətin təsis edildiyi gündən (1993-cü il) çalışır. Hazırda şirkətin səhmlərinin 20,54%-i ona məxsusdur.

Bundan öncə V. Ələkbərova Rusiyanın energetika naziri vəzifəsində çalışmaq təklif olunsa da, o, bu təklifdən imtina edib. Bu ilin sentyabrın 1-də V. Ələkbərovun 60 yaşı tamam olur.
XS
SM
MD
LG