Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:16

Obama İraqdakı vəziyyətin düzələcəyinə inanır


ABŞ prezidenti Barak Obama İraqdakı siyasi böhranın tezliklə həll olunacağına ümid etdiyini bildirib.

NBC telekanalına müsahibəsində Obama deyib ki, İraqdakı hücum aktlarına baxmayaraq vəziyyət düzəlir, yerli təhlükəsizlik qüvvələri isə öz vəzifələrini gözlənildiyindən pis yerinə yetirmirlər.

Avqustun 31-də Barak Obama ABŞ qoşunlarının İraqdakı hərbi missiyasını başa vurması ilə bağlı çıxış etməlidir.

ABŞ qoşunları çıxandan sonra İraqda kömək üçün 50 min Amerika hərbçisi qalacaq.

XS
SM
MD
LG