Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:14

Pakistanın Thatta şəhərində daşqınla mübarizə gedir


Pakistanın Sind əyalətində xilasedicilər hərbçilərlə birlikdə Thatta şəhərini daşqından qorumağa çalışırlar.

Yerli hakimiyyətin məlumatına görə, hazırda şəhər ətrafındakı bəndlərin möhkəmləndirilməsi istiqamətində tədbirlər görülür.

Sakinlərin əksəriyyəti şəhəri tərk edib.

Oxfam təşkilatı Pakistanda təcili bərpa işlərinə başlanmasını təkid edir.

Təşkilat xəbərdarlıq edib ki, əks halda ölkədə baş verən təbii fəlakət, uzunmüddətli faciəyə çevrilə bilər.

Təşkilat bildirib ki , məktəblər, yollar, körpü və xəsətxanaların bərpasına milyardlarla dollar lazımdır.

Pakistanda baş verən daşqınlarda 1600-dən çox adam ölüb,17 milyondan artıq adama ziyan dəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG