Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:52
«Kommunist» qəzetinin 1937–ci il 11 fevral tarixli sayında Azərbaycan aşıqlarının ölümünün yüz illiyi münasibətilə Puşkinə həsr etdikləri şeirlər yer alıb. Bu şeirlərdən bəzilərini təqdim edirik:

Aşıq Mirzə

Min yeddi yüz doxsan doqquz sənədə
Anadan bir cocuq parlayar oldu
Göz açdı dünyaya bir nəzər saldı
Çarın sitəmindən xəbərdar oldu.

Yüz il qabaq əyilmədi yolundan
Danışanda od yağırdı dilindən
O zülmkar Niqolayın əlindən
Bu gözəl şairə dünya dar oldu.

Həsənli
(Taus şairi)

Qəlbim cuşa gəldi daldı dərinə
Dəryadan bir ləli tapdı çıxardı
Puşkin ölümünün yüz illiyində
Bütün əsərlərinə beynim əl atdı.

Puşkinin heykəli nəqş oldu daşa
Həsənli məzmunun yetirdi başa
STALİN, o dahi böyük yoldaşa
Təşəkkür olsun ki, ulu xilqətdi.

Aşıq Nəcəf

Sərraf, tapıb cavanların qabını
Həvəslə oxudum mən kitabını
Sevimli gözlərdən qəflət xabını
Yüz il bundan qabaq qaldırdın, Puşkin.

Sən sahib olmusan yüksək bir ada
Əsərin inan ki, yetdi murada
Sən də biznən yaşaseydin dünyada
Şeirinlə Nəcəfi güldürdün, Puşkin.

Aşıq Əsəd

Zülmlə Niqolay verirdi əzab
Çarın zəhmətinə gətirirdi tab
Yazdı əsərlərin bağladı kitab
Düşmən gülləsi ilə ölmüşdü Puşkin

Əvvəldən də Puşkin olub pürkamal
Sovet qayıtdırır yüzlərcə heykəl
Əsəd bu sözləri götür sazda çal
Anadan çox qoçaq olmuşdu Puşkin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG