Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:23

Vaşinqtonda çoxminlik mitinq keçirilib


Vaşinqtonda Linkolnun abidəsi qarşısında Amerikanın şərəfinin bərpası şüarıyla mitinq keçirilib.

Fox TV-nin şənbə günü təşkil etdiyi mitinqdə 10 minlərlə adam iştirak edib.

Çıxış edənlərin arasında 2008-ci ildə prezidentlik uğrunda mübarizə aparmış Sara Peylin də olub.

O, deyib ki, biz bəzilərinin istədiyi kimi Amerikanı kökündən dəyişməməli, onun özü və şərəfini bərpa
eləməliyik.

Bir sıra insan haqları fəalları həmçinin elə həmin gün bu meydana toplaşaraq mitinqin təşkilatçılarını tənqid edib, bu cür mühavizəkar baxışların Martin Lyuter Kinqin qoyub getdiyi dəyərlərə zidd olduğunu bildiriblər.

47 il bundan əvvəl bu meydanda Martin Lyuter Kinqin irqçiliyə qarşı möhtəşəm çıxışı olub.





Günün bütün mövzuları

XS
SM
MD
LG